Maşın ağaca çırpıldı, 27 yaşlı gənc öldü

---
1 Tem 2021
10:00
Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Zirvetv.az xəbərinə görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.

Kənd sakini, 27 yaşlı Vəli Hüseynov idarə etdiyi “VAZ” markalı avtomobillə hərəkətdə olarkən maşın yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı ağır bədən xəsarəti alan sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.