Gəncədə çinar ağacı niyə kəsilib?
Gəncə şəhərində məşhur Xan bağında ağacların kəsilməsi barədə məlumat yayılıb.
DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “zirvetv.az açıqlamasında bildirib ki, iyunun 30-da güclü külək nəticəsində park ərazisində bir ədəd çinar ağacı qırılıb:
“Həmin ağac aşaraq oturacağın üstünə düşüb. Daha sonra ağacın qalıqları doğranaraq ərazidən götürülüb. Görüntülər də həmin zaman çəkilib”.