Daha 2 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

---
30 Haz 2021
02:43
Qarabağdakı döyüşlər zamanı ölən daha 2 erməni hərbçinin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

“zirvetv.az” xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Meyitlər Hadrutda aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 588-ə çatıb