Azure” biznes mərkəzində mühasib intihar etdi -

---
22 Haz 2021
11:51
Bakıda “Azure” biznes mərkəzində intihar hadisəsi baş verib.

“zirvetv.az ” xəbər verir ki, bir neçə dəqiqə öncə binanın 15-ci mərtəbəsində yerləşən ofislərin birindən orta yaşlı kişi özünü yerə atıb.

Həmin şəxs hadisə yerində vəfat edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə cəlb olunub. Araşdırma aparılır.

***

İntihar edən şəxsin kimliyi müəyyənləşib. Məlum olub ki, o, suvarma sistemləri üzrə fəaliyyət göstərən "Polyagro" MMC-nin mühasibi, 22 yaşlı Elvin adlı şəxsdir.