Bu seçki 10 noyabr razılaşmasının ümumxalq səsverməsi ilə qəbuludur
2 gün əvvəl Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin yekunları Vətən Müharibəsində parlaq qələbəmizin nəticələrinə tam uyğundur, 10 noyabr razılaşmasının ümumxalq səsverməsi ilə qəbuludur”.
“zirvetv.az ” xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə Ermənistanda keçirilən seçkilərdən danışarkən deyib. O bildirib ki, erməni xalqı və ordusu yeni müharibələrə qadir olmadığını, işğal partiyasının rəhbərləri Köçəryanın və Sarkisyanın 30 illik istismar düşərgələrində və səngərlərində bir daha ölmək istəmədiklərini nümayiş etdirdilər: “Əks halda, dünya tarixində məğlub rəhbərə yenidən mandat verilməsi görünməmiş hadisədir. Deməli, Azərbaycanın qələbəsi 90-cı illərdə miflərlə aldadılmış başqa bir xalqı da xilas etdiyi üçün 687 min insan indi sülhə səs verir .Ona görə də 15 iyunda-Azərbaycan dövlətinin xilası günündə Şuşada Türkiyə dövləti ilə imzalanan hərbi-siyasi İttifaqı Ermənistana təhlükə kimi qələmə verənlərin qorxu və xof siyasəti nəticə vermədi. Çünki erməni xalqı başa düşür ki, onların təhlükəsizliyinə və siyasi gələcəyinə 3-cü dövlətlərin verdikləri hərbi təminat Türkiyə və Azərbaycanın qarantiyasını əvəz edə bilməz”.