Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

---
20 Haz 2021
09:13
Qarabağdakı döyüşlər zamanı ölən daha 1 erməni hərbçinin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

“zirvetv.az ” xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.


Meyit Füzuli rayonu ərazisində aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 580-ə çatıb