Üç nəfər dənizdə batmaqdan son anda xilas edildi - Biri azyaşlıdır

---
20 Haz 2021
09:04
Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub.

"Zirvetv.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.



Bildirilir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Pirşağı" və "Mərdəkan" sularda xilasetmə məntəqələrinin ərazisində və "Bilgəh" sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən biri azyaşlı olmaqla 3 nəfər xilas olunub.