Nazir Lənkəran “MERO”ya yeni rəis təyin etdi

---
13 Haz 2021
09:20
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yol polisində daha bir kadr dəyişikliyi edib.

"Zirvetv.az" xəbər verir ki, nazirin əmri ilə Ağsu Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Məmmədov tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə o, 5 saylı Lənkəran Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinə rəis təyin olunub.