Gürcüstan Səfirliyi Kəlbəcərdəki faciə ilə bağlı başsağlığı verdi
Gürcüstanın Azərbaycandakı Səfirliyi iyunun 4-də Kəlbəcər rayonunda baş vermiş faciə ilə əlaqədar başsağlığı verib.
“zirvetv.az ” xəbər verir ki, başsağlığında hadisə zamanı Azərbaycanın 2 KİV nümayəndəsinin və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin öldüyü deyilir.
“Səfirlik azərbaycanlı jurnalistlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir", - deyə başsağlığında bildirilir.
Qeyd edək ki, "Azərtac"ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev Kəlbəcərdə mina partlaması nəticəsində həlak olublar.