Rusiyada sərnişin təyyarəsi təcili eniş edib

---
4 Haz 2021
07:54
Rusiyada Saxalin vilayətinin şimalına uçan sərnişin təyyarəsi Yujno-Saxalinsk şəhərində təcili eniş edib.

Bu barədə “zirvetv.az ” “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata görə, “Avrora” aviaşirkətinin Yujno-Saxalinskdən Oxaya uçan HZ-3630 reysi texniki səbəbdən geri qayıdıb və “Yujno-Saxalinsk” aeroportunda eniş edib. Təyyarənin göyərtəsində 34 sərnişin olub.

İlkin məlumata görə, heç kim xəsarət almayıb. Yerli KİV bildirir ki, fövqəladə vəziyyətin mümkün səbəbi hidravlik sistemin nasazlığı olub.