Missiya yerinə yetirilməzdir-7”nin çəkilişləri dayandırıldı
Missiya yerinə yetirilməzdir-7” (Mission: Impossible 7) filminin çəkiliş qrupu bəzi üzvlərində koronavirus aşkarlanmasından sonra özünü təcrid etməyə məcbur olub.
“zirvetv.az ” “The Sun” qəzetinə istinadən xəbər verir ki, bu səbəbdən Surrey qraflığında ekran işinin çəkilişləri dayandırılıb.
Məlumata görə, çəkiliş qrupunun 14 üzvü COVID-19-a yoluxub. Kollektivin bütün 60 üzvü 14 günlük özünü təcrid etməyə məcbur olub. Baş rol ifaçısı Tom Kruz çərşənbə axşamı günündən özünü təcrid edib.
Fevral ayında filmin çəkişiləri ehtiyat məqsədilə yarım il müddətinə dayandırılmışdı.
Qəzet xatırladır ki, rejissor Kristofer Makkuorrinin ekran əsəri 2022-ci ilin mayında ekranlara çıxacaq. Filmdə Tom Kruzla yanaşı, Rebekka Ferqüson, Vanessa Kirbi, Heyli Etbell və başqaları çəkilir.
“Missiya yerinə yetirilməzdir” – hələ ki, 1996-2018-ci illərdə çəkilmiş altı hissədən ibarət filmlər seriyasıdır. Süjetin əsasında agent İtan Hantın (Tom Kruz) macəraları durur.