Öz basinaliq

---
23 May 2021
20:24
Ölkədə cənab prezidentin dəfələrlə qazilərə ,veteranlara,şəhid ailələrinə qarşı diqqətli, olun onların qayğısına qalın, onlara qayğı göstərin deməsinə baxmayaraq yenədə daş altında yatan koramal ilanlar öz işindədir . Bu dəfədə Tovuz rayon mərkəzi xəstəxanasında qeyri insani hərəkətlər baş tutub . Vəziyyəti ağır olan Qazilərimizin ümid edib üz tutduqları xəstəxanada təəssüf ki yaralarına məlhəm olacaq bir həkim tapa bilmədilər . Adı xəstəxana olan bu xəstəlikxanada bir növbətçi həkim tapmaq olmadı ki olmadı . Aha sizə daha da maraqlı və bundanda acınacaqlı bir şeyi danışacam diqqətli olun. Deməli bu videoda gördüyünüz qazilərimiz Tovuz rayon axundunun və icra hakimiyyətinin özbaşınalığından prezident aparatına ərizə ilə müraciət ediblər. Bu üzdən iraq ünsürlər necə qorxuya düşüblərsə indi də düşüblər ki , hamınız ərizənizi geri götürün . Bununla da qalmayıb mənəvi təsir edərək təhdid edirlər . Əgər bu orqanlar düzgün isləyirlərsə nədən və niyə narahatdırlar . Bu videoda kiçik bir hissə işıqlandırılıb . İşi nəzarətdə saxlayacağıq . Mütəmadi olaraq sizə məlumat verəcəyik.
(Sözü gedən videoya fezbukda Elmar Musayev in profilində baxa bilərsiz)