Ağstafada zəlzələ oldu

---
21 May 2021
08:33
Azərbaycanda zəlzələ qeydə alınıb.

Bu barədə "zirvetv.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən yeraltı təkanlar Qazax stansiyasından 26 km şimal-şərqdə, Ağstafada yerli vaxtla saat 06:31-də qeydə alınıb. Zəlzələ 3,3 maqnitudada baş verib. Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, zəlzələ hiss olunmayıb