Xəzər TV Murad Dadaşovla bağlı iddialara aydınlıq gətirdi

---
19 May 2021
00:06
Xəzər TV”nin baş direktoru Murad Dadaşovun telekanaldan ayrılması haqda xəbər yayılıb.

Zirvetv.az yenisabah-a istinadən xəbər verir ki, onun öz ərizəsilə işdən kənarlaşdığı deyilir.

Telekanaldan isə bildirilib ki, yayılan xəbər əsassızdır: “Murad Dadaşov işinin başındadır. Bu xəbər əsassızdır”.