Ağcabədidə ağır qəza, ölən və yaralananlar var - Yenilənib

---
17 May 2021
06:48
Ağcabədi rayonunda baş verən yol qəzası nəticəsində ölənlər və xəsarət alanlar var.

"Zirvetv.az " APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hüsülü kəndi ərazisində baş verib. Hərəkətdə olan “VAZ” 2106 markalı avtomobilin idarəetməsi itdiyindən yol kənarındakı beton dirəyə çırpılıb. Nəticədə avtomobilin sürücüsü və bir sərnişin hadisə yerində ölüb. Avtomobildə olan 3 sərnişin ağır bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. Ölən və xəsarət alanların kimliyi araşdırılır.

***

Ağcabədidə baş verən yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.

"Qafqazinfo" xəbər verir ki, hadisə zamanı sürücü, 1991-ci il təvəllüdlü Həsənov Mirağa Adişirin oğlu dünyasını dəyişib.

Qəzada Hüslü kənd sakinləri - 2004-cü il təvəllüdlü Baxışov Coşqun Mirdamət oğlu, 2003-cü il təvəllüdlü Məmmədov Orxan Məhəmməd oğlu və 2006-cıil təvəllüdlü Məmmədov Sənan Elbrus oğlu xəsarət alıb