Bu ölkələr “Avroviziya”nın açılışına qatıla bilmədi

---
17 May 2021
06:42
Dünən Rotterdamda baş tutan “Avroviziya” mahnı müsabiqəsinin açılış mərasiminə Polşa ilə yanaşı, daha 3 ölkənin təmsilçisi qatıla bilməyib.

“zirvetv.az ” xarici mediaya istinadən xəbər verir ki, islandiyalı nümayəndə heyətinin üzvlərindən birinin koronavirus testi pozitiv nəticə verdiyindən o, karantinə alınıb. İslandiya musiqiçiləri ilə eyni oteldə qalan Malta və Rumıniyanın nümayəndə heyəti də PCR testindən keçməli olublar. Belə olan halda, müsabiqənin qaydalarına əsasən, hər 3 ölkənin təmsilçisi özünütəcrid rejiminə alındığından açılış mərasiminə qatıla bilməyib.

Xatırladaq ki, bundan əvvəl polşalı nümayəndə üzvündə ötən gün “COVID-19” aşkarlandığından Polça təmsilçisi ötən gün rəsmi açılış mərasiminə qatıla bilməyib