Şuşaya çatan kimi torpağı öpdü

---
14 May 2021
16:59
Xalq artisti Firəngiz Mütəllimova illər sonra ata yurdu Şuşaya gedib.

Zirvetv.AZ xəbər verir ki, aktrisa işğaldan azad edilən Şuşaya ayaq basarkən başını yerə qoyub torpağı öpüb.

Mütəllimova həmin görüntülərini sosial şəbəkədə yayımlayıb. O, paylaşımına "Şuşam, sənə qovuşmaq Ramazan bayramı günü mənə qismət oldu. Torpağına qurban olum, canım Şuşam" sözlərini yazıb./Axşam.az