Zahid Azad oğlu 10 may 2000-ci ildə Yardımlı rayon Dəlləkli kəndində anadan olub.
Zahid Azad oğlu 10 may 2000-ci ildə Yardımlı rayon Dəlləkli kəndində anadan olub. 2006-ci il sentyabrın 15-i Yardımlı rayon Dəlləkli kənd orta məktəbinə 1-ci sinifə gedib, 9-cu sinifdən yəni 2015-ci ildə AZUMİ nəznində İnşaat Kollecinə qəbul olub.2019-cu ildə İnşaat kollecini bitirib.
Tələbə vaxtı dəfələrlə kimsəsiz uşaqlar evlərinə gedərək yardım edib, onların sevgisini qazanıb.2 iyul 2019-cu ildə hərbi xidmətə çağrılıb.Hərbi xidmətə getməmişdən əvvəl X.T.Q snayperçi olmaq arzusunda idi və ele də oldu. O, X.T.Q igidliyinə, mərdliyinə, cesurluğuna görə kamandirləri tərəfindən baş snayptrci seçilmişdi.
Sentyabrın 27-si müharibəyə yollanıb. Döyüş yoldaşlarının məlumatına görə bir neçə rayonunun azad olunmasında qəhrəmancasına döyüşmüş hətta yaralı kamandirini və yaralı əsgər yoldaşlarını döyüş bölgəsindən xilas edərək, yüzlərlə erməni məhv edib. Zahid Zairli Cəbrayıl rayonuda gedən qızğın döyüşlərdə oktyabrın 7-si yaralı əsgər yoldaşını xilas edərkən snayperlə ürəyindən vurularaq qəhrəmancasına Şəhid olur.
Oktyabrın 8-i yaşadığı Yardımlı rayon Dəlləkli kənd qəbristanlığında xalqın böyük izdihamı ilə dəfn olunur. Ölümündən sonra Prezidentin sərəncamına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü” ve ” Füzulinin azad olmasına görə” medalları ilə teltif olunur. Ruhun şad olsun, şəhidim!