Kasilyasın səhhəti yenidən pisləşib

---
6 May 2021
18:31
İspaniya millisinin və "Real Madrid"in sabiq qapıçısı İker Kasilyasın səhhətində yenidən problem yaranıb.

"Zirvetv.az " "Hola" jurnalına istinadən xəbər verir ki, veteran qolkiper aprelin 28-i gecə saatlarında döş qəfəsindəki kəskin ağrılarla bağlı xəstəxanaya müraciət edib.

Amma müayinə zamanı onda infarkt riski aşkarlanmayıb. Kasilyas səhərə yaxın klinikanı tərk edib.

Qeyd edək ki, İker Kasilyas 2019-cu ildə Portuqaliyanın "Portu" komandasının məşqində infarkt keçirdiyi üçün əməliyyat olunub. O, 2020-ci ilin fevralında karyerasını başa vurub.