Şəhid Tağıyev Elzamin Eyvaz oğlu

---
27 Nis 2021
15:37
Şəhid Tağıyev Elzamin Eyvaz oğlu

Tağıyev Elzamin Eyvaz oğlu 11 avqust 1992-ci ildə anadan olmuşdur. Elzamin doğma kəndi Xocavənd rayonu Qaradağlı kəndi 17.02.1992-ci ildə erməni quldurları tərəfindən işğal olunmuşdur. Şəhidin atası Tağıyev Eyvaz Həsrət oğlu başda olmaqla yaxınları doğmaları da kəndin müdafiəsində yaxından iştirak etmişlər. Ermənilər kəndi işğal etdiyi zaman kəndin müdafiəsində igidliklə dayanmış yaxınlarından bir çoxu, əmisi Tağıyev Faiq Həsrət oğlu, babası Hüseynov Dəmir Musa oğlu, dayısı Hüseynov Zülfiqar Dəmir oğlu, dayısı oğlu Hüseynov Fədail Zülfüqar oğlu və ümumilikdə 80-ə yaxın qohum-kəndlisi Şəhid olmuşdur. O, təhsilini Salakətin kənd tam orta məktəbində başa vurmuşdur. Moskva Dövlət Politexnik Universitetinin "İqtisadiyyat" fakultəsini bitirən Elzamin Xocavənd rayon MKS-də şöbə müdiri vəzifəsində işləyirdi. Tovuz hadisələrindən sonra işdən ərizə yazaraq çıxmış, könüllü olaraq MAHHXHQ kimi ordu sıralarına qatılmışdır. 11 oktyabr tarixdə ağır yaralanmağına baxmayaraq, 26 oktyabr tarixində müalicəsi tam başa çatmamış yenidən cəbhəyə qayıtmişdir. Döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv etmişdir.

Tağıyev Elzamin Eyvaz oğlu 09 noyabr 2020-ci il tarixdə Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhramancasına ən ali zirvə olan Şəhidlik zirvəsinə yüksəlmişdir. Elzamin göstərdiyi şücaətlərə görə “Qubadlının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir. O, subay idi