Oskar”ın reytinqi iki dəfə düşüb
Bazar günü axşam ABŞ-da “Oskar” mükafatlarının təqdimetmə mərasiminin yayımı 9,85 milyona yaxın tamaşaçı tərəfindən izlənilib ki, bu da ötən illə müqayisədə 13,75 milyon nəfər azdır.
“zirvetv.az “Variety” jurnalına istinadən xəbər verir ki, bunu telereytinqlərin ilkin məlumatları göstərir.
Mərasimin reytinqi 1,9 təşkil edib. Ötən il bu göstərici 5,3-ə (23,6 milyon tamaşaçı), ondan əvvəlki il isə 7,7-yə (29,6 milyon tamaşaçı) bərabər idi.
Amerika Kino Sənətləri və Elmləri Akademiyası tərəfindən verilən “Oskar” mükafatları aprelin 25-də 93-cü dəfə sahiblərini tapıb.