Rusiyada son sutkada koronavirusa 9 minə yaxın yoluxma

---
25 Nis 2021
18:30
Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı 8 780 nəfər artıb.

“zirvetv.az TASS-a istinadən bildirir ki, bu barədə ölkənin Koronavirusla Mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.

Son 24 saatda 332 pasiyent vəfat edib, 7 540 nəfər sağalıb.

Ümumilikdə Rusiyada 4 762 569 nəfərdə koronavirus aşkarlanıb, 108 232 xəstə dünyasını dəyişib, 4 388 008 nəfər sağalıb, 266 329 pasiyent müalicə olunur.