Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı

---
25 Nis 2021
18:25
Bu gün Azərbaycanda koronavirus əleyhinə 10 min 814 vaksin vurulub.

"Zirvetv.az ” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.



Birinci mərhələdə peyvənd olunanların sayı 4192, ikinci mərhələ üzrə 6622 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 423 min 295, birinci mərhələ üzrə vaksin olunanların sayı 939 min 098, ikinci mərhələ üzrə isə 484 min 197 təşkil edir.