Türkiyə iki şəhid verdi

---
8 Nis 2021
10:30
PKK/YPG terror təşkilatının hücumu nəticəsində iki Türkiyə hərbçisi şəhid olub.

“Zirvetv.az " xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum “Zeytun budağı” hərəkatı bölgəsində həyata keçirilib:

“Verilən qarşılıq nəticəsində, ilkin müəyyənləşdirməyə görə, üç PKK/YPG-li terrorçu zərərsizləşdirilib”.

Nazirliyin məlumatına görə, bölgədə müəyyənləşdirilən terror hədəfləri atəş altına alınıb.