Ərdoğan Bozkırı qəbul etdi

---
7 Nis 2021
08:46
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkırı qəbul edib.

Bu barədə “zirvetv.azin “Anadolu” agentliyinə istinadən xəbər verir.

Görüş Ankarada Prezident Kompleksində baş tutub.

Danışıqlar bağlı qapılar arxasında keçib.

Qeyd edək ki, BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri V. Bozkır bu vəzifədə ilk rəsmi səfərini Türkiyəyə edib. Onun səfər çərçivəsində Azərbaycana gəlməsi də gözlənilir.