Qonaqlıqda atışma: Üç nəfər odlu silahdan qətlə yetirilib

---
6 Nis 2021
08:22
ABŞ-ın Şimali Karolina ştatında keçirilən qonaqlıqda silahlı atışma baş verib.

WECT telekanalı məlumat verir ki, insident nəticəsində üç nəfər həlak olub.

Hadisənin baş verdiyi Uilminqton şəhər polis idarəsinin başçısı Donni Uilyams bildirib ki, silahlı şəxs ümumilikdə yeddi nəfəri nişan alıb.

O, qeyd edib ki, hazırda qatilin kimliyi müəyyənləşdirilir.