Azərbaycan əhalisinin banklardakı pulları artıb

---
29 Mrt 2021
20:59
Azərbaycan əhalisinin banklara qoyduğu əmanətlər artıb.

Zirvetv.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu il martın 1-nə Azərbaycan əhalisinin banklara əmanət qoyuluşu 8.379 milyard manat təşkil edib ki, bu da fevralın 1-i ilə müqayisədə 2,2 % çoxdur.

Son bir ildə isə banklara əmanət qoyuluşu 3.6 % azalıb.