Dünyada vaksinasiya ilə bağlı son vəziyyət

Dünya
31 Tem 2021
09:52
Dünya miqyasında 4 milyard 70 milyon dozdan çox koronavirus vaksini vurulub.

“zirvetv.az Dünyada vaksinasiya ilə bağlı son vəziyyət” xəbər verir ki, bu barədə Ourworldindata.org məlumat yayıb.

Bildirilib ki, Çin 1 milyard 620 milyon dozla birincidir.

Bu ölkəni 456 milyon 33 min ilə Hindistan, 344 milyon 70 min ilə ABŞ, 140 milyon 30 min ilə Braziliya, 91 milyon 570 min ilə Almaniya, 84 milyon 520 min ilə İngiltərə, 84 milyon 10 min ilə Yaponiya, 72 milyon 61 min ilə Türkiyə, 71 milyon 910 min ilə Fransa, 67 milyon 540 min ilə İtaliya, 65 milyon 960 min ilə İndoneziya, 64 milyon 490 min ilə Meksika, 60 milyon 90 min ilə Rusiya və 55 milyon 710 min ilə İspaniya izləyib.